Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2 min 130 nəfər daha çoxdur

Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2 min 130 nəfər daha çoxdur Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.
Ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisədə bu il tələbə adını qazananların sayı daha da artıb. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2 min 130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olanların sayı da ötənilki göstəricidən 1057 nəfər çoxdur.
Qeyd edək ki, sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılır və göstəricilər bir qədər də yüksələcək.

Tehsil-press.az


Oxşar xəbərlər