Şimali Atlantika alyansının açıqladığı rəqəmlərə görə, bu il ABŞ, Kanada və Avropa ölkələrinin məcmu müdafiə xərclərinin rekord həddə çatması fonunda NATO ölkələrinin hərbi büdcəsi 8,3 faiz artacaq.
Alyansa üzv ölkələrin müdafiə xərclərinin 1,26 trilyon dollardan artıq olacağı gözlənilir. Hazırkı qiymətlər və valyuta kursları nəzərə alınaraq aparılan təxmini hesablamalara görə dünyada ən çox müdafiə xərcləri 9 il ardıcıl olaraq ABŞ-da gözlənilir. Birləşmiş Ştatların hərbi büdcəsinin 860 milyard dollardan artıq olacağı bildirilir.
NATO-nun statistik rəqəmlərində qeyd olunub ki, ABŞ xaricində digər üzv ölkələrin hərbi büdcələri 404 milyard dollara çatacaq. Müdafiə xərcləri Almaniyada 68 milyard dollar, İngiltərədə 65 milyard dollar, Fransada 56 milyard dollar, İtaliyada 31 milyard dollar, Polşada 29 milyard dollar, Kanadada isə 28 milyard dollar olacaq. Cari ildə Türkiyənin hərbi büdcəsi isə 1,31 faiz artaraq 15,8 milyard dollara çatacaq.
Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq bu rəqəmlərin hazırkı şəraitdə məqbul olduğunu bildirib. Bu il NATO-ya 31 ölkədən 11-ində müdafiə xərcləri ümumi büdcədən 2 faiz artıq vəsait ayrılıb. Stoltenberq əlavə edib ki, 2014-cü ildən bəri ABŞ xaricindəki NATO müttəfiqləri hərbi xərclərə əlavə 450 milyard dollar ayırıb. Onun sözlərinə görə, builki 8,3 faizlik artım son on illər ərzində görünməyib və bu vəsait Ukraynanı dəstəkləmək üçün silah-sursat istehsalının artırılmasına yönəldilir.
Tehsil-press.az