Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib.
Müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.
Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.
Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.
Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.
Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.
***
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq izahatı alınıb.
Faktla bağlı Səbail RPİ-nin 39-cu Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Əmələ hüquqi qiymət veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər