Əkiz qardaşının boğazını kəsib öldürüb, sonra intihar edib

Əkiz qardaşının boğazını kəsib öldürüb, sonra intihar edib Dünən Xaçmaz rayonunda əkiz qardaşın öldüyü hadisənin bəzi təfərrüatları üzə çıxıb.
31 yaşlı Kamran və Orxan İsgəndərovların üstündə mübahisə etdikləri dəniz kənarındakı mülkün milyonlarla dəyəri olub.
Yaxınlarının verdiyi məlumata görə, mülkiyyət uşaqlara ata babaları olan Bəybala İsgəndərovdan qalıb. Belə ki, Orxan və Kamranın anası onlar hələ körpə ikən vəfat edib. Bundan sonra uşaqların atası başqa qadınla ailə qurub və əkiz qardaş atalarının valideynlərinin himayəsində böyüyüb. Bir müddət əvvəl isə onların ata babaları olan Bəybala İsgəndərov vəfat edib və Nabran yaxınlığında dəniz sahilinə bir qədər məsafədə yerləşən ərazidəki mülkü onlara vəsiyyət edib.
Həmin mülkü isə Orxan və Kamran yay aylarında kirayə verərək pul qazanıblar. Lakin mülkün əsl sahibinin kim olması ilə bağlı əkiz qardaşlar arasında münaqişə baş verib.
Bildirilir ki, hadisə vaxtı ilk olaraq Orxan qardaşını bıçaqla vurub və onun boğazını kəsərək öldüyünə tam əmin olduqdan sonra özünə də xəsarətlər yetirərək intihar edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər