Yıldız Texniki Universitetinin əməkdaşları AzMİU-nun təcrübəsi ilə tanış olublar

Yıldız Texniki Universitetinin əməkdaşları AzMİU-nun təcrübəsi ilə tanış olublar AB Erasmus + KA1 mübadilə proqramı çərçivəsində Yıldız Texniki Universitetinin üç əməkdaşı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Səfərin ilk günü qonaqlar - Kadrlar şöbəsinin müdiri Fatma Tarık, İnzibati və maliyyə işləri idarəsinin əməkdaşı Lətifə Gamze Şenöz Sinekoğlu, Səhiyyə, mədəniyyət və idman idarəsinin mütəxəssisi Firdevs Gülər AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova ilə görüşüblər.
Görüşdə prorektor Nərgiz Abdullayeva institusional əlaqələrin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun asanlaşdırdılmasında, əməkdaşlığın və elmin ötürülməsində mübadilə proqramlarının əhəmiyyətindən danışıb. O, AB Erasmus+ KA1 təcrübə proqramının hər iki universitetə uzunmüddətli təsir göstərəcəyinə, onların inzibati proseslərini təkmilləşdirəcəyinə əminliyini vurğulayıb.
Qonaqlar, həmçinin AzMİU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru texnika üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnsan resursları şöbəsinin müdiri Esmira Budaqova və baş mühasib Sarı Yusubov ilə görüşüblər. Onlar AzMİU-nun inzibati strukturu və təcrübələri, xüsusilə insan resursları, sosial rifah və ictimaiyyətlə əlaqələr sahəsində geniş məlumat alıblar.
Qeyd edək ki, qonaqlar iyulun 14-dək AzMİU-da həmkarları ilə ən yaxşı təcrübələrini paylaşacaq, şəbəkələrini genişləndirmək və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər