Rusiya Federasiyasının Samara Dövlət Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anna Zotova və Dilçilik (linqvistika) kafedrasının professoru Yulia Lopuxova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və şöbənin əməkdaşı Natiq Məhəməliyevlə görüşüblər.
Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması, eləcə də potensial imkanlar barədə müzakirələr aparılıb. Ali təhsil müəssisələri arasında tələbə və müəllimlərin mübadiləsi, qarşılıqlı qrantların ayrılması, akademik rus dilinin tələbə və müəllimlərə tədris olunması ilə bağlı sıx əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
Tehsil-press.az