2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Azərbaycan Texniki Universitetinin İdman Kompleksində imtahan prosesinin gedişatını izləyib.
İmtahanın ikinci gününün ilk seansına tarix və coğrafiya, II seansına informatika, fizika və fransız dili fənləri üzrə namizədlər dəvət olunub.
Qeyd edək ki, test imtahanları iyulun 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. İmtahanlar üçün paytaxt üzrə 6 mərkəz (Azərbaycan Texniki Universitetinin İdman Kompleksi, 133, 153, 158, 161, 263 nömrəli tam orta məktəblər) ayrılıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.
Tehsil-press.az