UNEC-in rektoru “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub

UNEC-in rektoru “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub.
Türk dünyasının önəmli simalarının layiq görüldüyü mükafat V İqtisadiyyat və İdarəetmə Sahəsində Araşdırmaçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində keçirilən “Türk dünyasında çağırışlar” adlı paneldəkı çıxışından sonra rektor Ədalət Muradova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təqdim olunub.
Professor Ədalət Muradov UNEC-də təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində apardığı uğurlu islahatlara, universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılmasına görə həmin mükafata layiq görülüb.

Tehsil-press.az




Oxşar xəbərlər