“Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramının bağlanış mərasimi olub

“Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramının bağlanış mərasimi olub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” şirkətinin əməkdaşlığı çərçivəsində tələbələr üçün təşkil olunan “Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramının bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən professor Cəfər Cəfərov bildirib ki, 2023-cü ildə “Code for future” layihəsi çərçivəsində “Alqoritmika” tədris proqramından 214 nəfər məzun olub. Proqram gələcəyin müəllimlərinə müvafiq ixtisas səriştələri öyrətməklə, həmçinin onlara texnologiyaları kurikuluma problemsiz şəkildə inteqrasiya etməyi də mənimsədir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova və “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova görülən işlər barədə məlumat veriblər.
Sonra “Alqoritmika” şirkətinin nümayəndəsi Qəmər Məmmədova tərəfindən layihənin icrasına dair təqdimat olub.
Daha sonra səhnəyə layihənin ən yüksək bal toplamış məzunlarından olan riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri – Aysel Mayılova və Ülkər Aslanlı dəvət olunublar. Tələbələr layihə ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda ən yüksək bal toplayan 20 tələbəyə rektor Cəfər Cəfərov və TKTA sədri Ülkər Səttarova tərəfindən sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər