AzTU-da tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş

AzTU-da tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin peşə seçimi və karyera inkişafı ilə bağlı görüş keçirilib.
Görüş “IT Academy” və “Code For Future” məzunları ilə informasiya texnologiyaları sahəsinə marağı olan gənclər arasında şəbəkə yaratmaq, tələbələrin peşə seçiminə və onların bu istiqamətdə inkişafına dəstək vermək məqsədilə təşkil edilib.
Əvvəlcə “Alqoritmika Azərbaycan”ın işə qəbul üzrə layihə meneceri Səmayə Mərdanova tədbirin əhəmiyyəti barədə tələbələrə geniş məlumat verib. Daha sonra “IT Academy” və “Code For Future” layihələrində iştirak etmiş və hazırda “PAŞA Pay” şirkətində təcrübə keçən məzunlar əldə etdikləri biliklər, iş fəaliyyətləri haqqında təcrübələrini tələbələrlə bölüşüblər.
Tədbirin növbəti hissəsində karyera məsləhətçisi Mikayıl Tağıyev ”Karyera zamanlaması” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər