Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Mövlan Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib. Buna səbəb adıçəkilən şəxslərin xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmalarıdır. Beləliklə, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Ələkbərovla Yasin Məmmədovun isə “Vətən uğrunda” medalı geri alınıb.
Mövlan Şixəliyev general rütbəsindən məhrum edilən ilk sabiq yüksəkvəzifəli şəxs deyil. Daha öncə də eyni aqibətlə üzləşmiş bir neçə sabiq məmurlar var.
Bunlardan biri də Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovdur.
O, 2021-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov da eyni aqibətlə üzləşib.
O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da yoxdur.
Bundan başqa, ötən ilin oktyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun da general-mayor ali rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi qərara alınıb.
O, qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunub. Nizami Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilib.
20 il öncəki cinayətə görə 2021-ci ildə həbs olunan general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə olunurdu. Sabiq birlik komandirinin general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə bağlı suala Baş prokuror Kamran Əliyev belə aydınlıq gətirmişdi:
“Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var. Qanunun tələblərinə görə bu, mütləq deyildi. Zəruri olan hallarda prokuror bunu məqsədəmüvafiq hesab edirsə, məhkəmə qarşısında vəsatət qaldırır. Məhkəmə də aidiyyəti qurumlara qərar verilməsi üçün vəsatət göndərə bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb”.
Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. O, 2001-ci ildə Ukraynada iş adamı Elçin Əliyevi hərbi xəncərlə vuraraq öldürməkdə təqsirli bilinib.
Tehsil-press.az