Moskva Dövlət Universitetinin Bakı filialı Tədris-metodiki şöbənin müdiri vəzifəsinə işə qəbul elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı Tədris-metodiki şöbənin müdiri vəzifəsinə işə qəbul elan edir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Tədris-metodiki şöbənin müdiri vəzifəsinə işə qəbul elan edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Ali məktəbin fakültə və kafedralarında tədris-metodiki işlərə rəhbərlik edir;
• Ali məktəbin tədris planları və proqramlarının yaradılması və təkmilləşdirilməsi üzrə bütün işləri istiqamtləndirir;
• Tədris yükünün bölüşdürülməsi prinsiplərinin əsaslarını müvafiq qanunvericilik çərçivəsində təyin edir;
• Dərs yüklərinin kafedralar üzrə bölgüsünə və düzgün yerinə yetirilməsinə nəzarət edir;
• Tədris-metodiki işlərlə bağlı bütün məsələlərin həllində iştirak edir və səmərəli təkliflər verir;
• Ali məktəbin fakültə və kafedralarında tədris işlərinin təşkilinə baxmaqla tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır və onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir;
• Kafedralarda professor-müəllim və tədrisə yardımçı heyət ştatlarının (laborant və kafedra müdirləri) müəyyənləşdirilməsini təşkil edir;
• Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti üzrə göndərilməsini təmin edir;
• Tədris-metodiki şöbənin işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir;
• Tələbələrin tədris planına uyğun dərslərin normal keçirilməsini təşkil edir;
• Tələbələrin kurs, imtahan və məqbullarının keçirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə nəzarət edir;
• Tələbələrin dərsə davamiyyətinə nəzarət edir, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; şənbə günü 09:00-15:00
• Servislə təmin olunur
• Əməkhaqqı yüksəkdir.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali təhsil, elmi dərəcə və elmi ad
• Təcrübə: Minimum 5 il elmi-pedaqoji təcrübə
• Yaş: 35 – 55
• Proqramlar: MS Office (sərbəst işləmə bacarığı)
• Dil biliyi: Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilməlidir.
• Təhsil prosesinin əsaslarını;
• Tədris və tədris-metodiki işlərlə bağlı normativ sənədləri və əsasnamələri;
• Müvafiq qanun, qərar, əmr, göstəriş və sərəncamları;
• Tədris planı və proqramlarının quruluşunu, məzmunu və tətbiqi qaydalarını bilməlidir.
Vakansiya ilə maraqlanan mütəxəssislər şəkilli CV-lərini məktubun mövzu bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il avqustun 15-dək göndərə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər