“Məndən aldığı pulları Ramiz Mehdiyevə verib”

“Məndən aldığı pulları Ramiz Mehdiyevə verib” Keçmiş hakim Həsən Əliyevə qarşı dələduzluq etmiş sabiq prokuror Mirələkbər Seyidovla bağlı maraqlı faktlar üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində M.Seyidov dostu H.Əliyevdən aldığı 200 min dolları Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə verdiyini deyib.
Həmçinin oxuyun: При поддержке AccessBank для журналистов были проведены семинары - Фото
İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb. H.Əliyev aldadıldığını anlayandan sonra M.Seyidovdan şikayət edib. M.Seyidov isə ona bildirib ki, aldığı pulları Ramiz Mehdiyevə verib və işi o həll edəcək.
H.Əliyev ifadəsində M.Seyidovun rayon prokuroru təyin edilməsinə görə ona inandığını deyib: “Lakin bir müddət sonra o işdən çıxarıldı və barəsində cinayət işi başlanıldı. 2014-cü ildə isə məni sərəncama verdilər və barəmdə cinayət işi açıldı. 2015-ci ilin 1 aprel tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildim və 7 il həbs cəzası aldım.

Tehsil-press.az

Oxşar xəbərlər