Rusiyanın ən böyük və aparıcı universitetlərindən biri olan Ural Federal Universiteti (UrFU) Azərbaycan, Özbəkistan, Qırğızıstan, Belarus, Qazaxıstan, Türkmənistan, Tacikistan, Gürcüstan, Çin, Misir, Yəmən, Kolumbiya, Serbiya, Hindistan və digər ölkələrdən olan əcnəbi tələbələr üçün “Yay universiteti” tədris proqramının təşkilatçısı və keçirilmə yeri olub.
300 iştirakçı Rusiya və onun təhsil sistemi ilə tanış olmaq üçün Yekaterinburqa gəlib. Onlar sosial layihələşdirilmə, media, iqtisadiyyat və biznes kimi sahələrdə rəqəmsallaşdırma və informasiya texnologiyaları ilə əlaqədar olan müasir dünyada ən çox tələb olunan 12 hazırlıq istiqamətləri üzrə təlim keçiblər. İştirakçılar layihə fəaliyyətinin əsaslarını öyrənib, öz peşə istiqamətləri üzrə ekspertlərin mülahizələrini dinləyiblər.
“Yay universiteti” əcnəbi tələbələrə qiymətli peşəkar bilik və bacarıqlar əldə etmək, Rusiyanı daha yaxşı tanımaq imkanı verib. “Biz əcnəbi tələbələrin UrFU-da komfort şəraitdə qalmaları və təlim keçmələrini təmin etmək üçün əlimizdən gələni edirik – yeni mühitə uyğunlaşmaq üçün lazımi dəstək və yardım göstəririk, dil kursları, mədəni tədbirlər təşkil edirik, yaşayış üçün komfort şərait təklif edirik. Ən vacibi isə uğurlu karyera qurmaq üçün keyfiyyətli ali təhsil təklif edirik. “Yay universiteti”nin dinləyiciləri UrFU ilə tanış olublar və universitetin malik olduğu nəhəng imkanlar spektrini öz gözləri ilə görə biliblər”, — deyə UrFU-nun rektoru Viktor Kokşarov qeyd edib.
Bundan başqa, “Yay universiteti”nin tələbələrinə aktiv sosial-mədəni proqram təqdim olunub: onlar bir çox görməli yerlərdə olublar (Avropa ilə Asiya qitələrinin sərhədində olublar və “Avropa-Asiya” stelinə baxıblar), idman yarışlarında iştirak ediblər.
Layihə iştirakçıları “İnnoprom” beynəlxalq sənaye sərgisində də olublar və müasir sənayenin ən aktual mövzuları ilə tanış olublar: avtomatlaşdırma və robototexnika, rəqəmsal istehsalat, nəqliyyat maşınqayırması və bir çox digərləri.
Azərbaycanlı tələbə Sevinc Məmmədova UrFU-dakı “Yay universiteti” barədə deyib: “Müxtəlif mədəniyyətlər, ölkələrə aid insanlarla tanış olmaq çox xoş idi. Biz çətin dərs və əyləncəli oyunları birləşdirə bildik ki, bu da çox gözəl idi”.
Tehsil-press.az