Surət Hüseynov dəfn olundu

Surət Hüseynov dəfn olundu Surət Hüseynovun nəşi gecə saatlarında Türkiyədən Bakıya gətirilib.
Hazırda onun cənazəsi Gəncəyə yola salınır.
Mərhumla vida mərasimi şəhərin İsmət Qayıbov küçəsində yerləşən evində keçiriləcək.
***
Keçmiş baş nazirlə yaşadığı evdə vida mərasimi keçirilib. Hazırda son mənzilə yola salınır.
***
Surət Hüseynov Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər