NATO-ya gedən yolda Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı ikitərəfli sazişin bağlanması üzrə ABŞ-la danışıqlara artıq başlanılıb. Belə zəmanətlər Alyansın Vilnüsdəki sammitində qəbul edilən birgə bəyannamə ilə nəzərdə tutulub.
Bu barədə administrasiyanın rəhbəri Andrey Yermak məlumat verib.
“Biz həmçinin Vilnüsdəki bəyannaməni imzalayan və bu sənədə qoşulan bütün ölkələrlə analoji məsləhətləşmələrin başlanması barədə razılığa gəlmişik. Cari və ya növbəti ay ərzində onlar başlayacaq”, - deyə Andrey Yermak bildirib.
O, ilk sazişlərin artıq bu ilin sonuna qədər imzalanacağına ümid etdiyini ifadə edib.
“Bu təhlükəsizlik zəmanətləri – gələcək dünya müharibəsinə qarşı hava hücumundan müdafiə kimi qəbul edilə bilər”, - deyə PA rəhbəri əlavə edib.
Tehsil-press.az