Kiyev ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayacaq

Kiyev ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayacaq Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd üzrə danışıqlara başlayacaq.
Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.
“Ukrayna gələn həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu saziş Ukraynanın təhlükəsizliyinin ən etibarlı təminatı olan NATO-ya daxil olana qədər qüvvədə olacaq”, - deyə o, teleqramda yazıb.
Yermak həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri konkret və uzunmüddətli öhdəliklər olacaq. Söhbət müdafiə və maliyyə dəstəyindən, eləcə də sanksiyalardan gedir.
Qeyd edək ki, NATO iyulun 11-12-də Vilnüs sammitində Kiyevə çoxillik hərbi yardım proqramını təsdiqləyib və bu, Ukraynada münaqişə bitdikdən sonra da davam etməlidir. Bundan əlavə, Şimali Atlantika Alyansının sammitindən sonra G7 Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyannamə qəbul edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı son dərəcə səhv və potensial olaraq çox təhlükəli adlandırıb. Peskovun fikrincə, bu, mahiyyət etibarı ilə G7-nin Rusiyanın təhlükəsizliyinə qəsd etməsi deməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər