ABŞ bu ölkəyə qarşı sanksiyaları genişləndirir

ABŞ bu ölkəyə qarşı sanksiyaları genişləndirir ABŞ Belarusa qarşı sanksiyaları genişləndirərək, oraya daha 8 nəfər əlavə edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Vaşinqton həmçinin “Belavia” aviaşirkəti, Minsk Mülki Aviasiya Zavodu və Belarus Dövlət Nəzarəti Komitəsinin Maliyyə Təhqiqatları Departamenti də daxil olmaqla beş təşkilatı sanksiyalar siyahısına əlavə edib.
Qeyd edək ki, avqustun 3-də Avropa İttifaqı Ukraynadakı münaqişəyə görə Belarusun 38 vətəndaşı və 3 şirkətinə sanksiya tətbiq edib. Sanksiya siyahısına Belarusdan olan hakimlər, müstəntiqlər, jurnalistlər və təhlükəsizlik işçiləri daxil edilib.
O da bildirilib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı məhdudiyyətlərdən yayındığı üçün Belarusa qarşı sanksiyaları genişləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər