ABŞ Belarusa qarşı əlavə sanksiyalar tətbiq edə bilər

ABŞ Belarusa qarşı əlavə sanksiyalar tətbiq edə bilər ABŞ müttəfiqləri ilə birlikdə Belarusa qarşı əlavə ünvanlı sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirir.
"Birləşmiş Ştatlar tərəfdaşları və müttəfiqləri ilə koordinasiyalı olaraq, Belarusda insan hüquqları pozuntuları və repressiyalarda iştirak edənlərin məsuliyyətə cəlb edilməsi üçün əlavə ünvanlı sanksiyaları nəzərdən keçirir", - deyə bəyanatda bildirilir.
Dövlət Departamentində Minski “öz xalqına qarşı zorakılığa son qoyulmasına, ABŞ vətəndaşı Vitali Şklyarov da daxil olmaqla, haqsız saxlanılan şəxslərin hamısını azad etməyə və Belarus cəmiyyətinin əsl nümayəndələri ilə konstruktiv dialoqa başlamağa” çağırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər