BDU-da icra olunan "Gənclik həftəsi" layihəsinə 200-dən çox tələbə qoşulub

BDU-da icra olunan Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclik həftəsi" adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini təbliğ etmək, tələbələrin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili və gənclərin sosial inkişafına töhfə verməkdir.
Layihənin açılış mərasimində çıxış edən TGT sədri Ələkbər Həsənov bildirib ki, Bakı Dövlət Universiteti bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir.
TGT sədri "Gənclik həftəsi"nə 200-dən çox tələbənin qoşulduğunu, layihənin sonunda fəal iştirakı ilə fərqlənən gənclərin hədiyyə və sertifikatlarla təltif olunacağını söyləyib.
"Gənclik həftəsi" avqustun 18-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər