BDU-nun Tələbə Gənclər Təşkilatı ən fəal tələbə təşkilatı seçilib

BDU-nun Tələbə Gənclər Təşkilatı ən fəal tələbə təşkilatı seçilib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsində fəaliyyətinə görə “İlin tələbə gənclər təşkilatı” nominasiyası üzrə mükafata layiq görülüb.
Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tələbə gənclər təşkilatlarının “I strateji planlaşdırma forumu” keçirilib.
Ölkənin aparıcı təhsil müəssisələrinin də təmsil olunduğu forumda 2021-ci il ərzində həyata keçirilən layihələrdən danışılıb, ən fəal tələbə təşkilatları müəyyənləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər