II Yelizavetanın oğlu əlahəzrət titulundan məhrum edilə bilər

II Yelizavetanın oğlu əlahəzrət titulundan məhrum edilə bilər Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum oluna bilər.
Şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qıza təcavüz edilməsi ilə bağlı işi uduzarsa, Böyük Britaniya kraliçası belə bir qərar verə bilər.
Qəzet yazır ki, Britaniya kral ailəsi özünü şahzadə Endryunun qurbanı adlandıran Virciniya Cufrenin şahzadəyə qarşı məhkəmədə qalib gələcəyi təqdirdə öz hərəkət planlarını fəal şəkildə müzakirə edir.
Amerikalı Virciniya Cufrenin iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkda keçirilməlidir. York hersoqu isə ona qarşı irəli sürülən ittihamı dəfələrlə təkzib edib.

Tehsil-press.az

Oxşar xəbərlər