Şahzadə Harri ABŞ-də yaşamaq hüququnu itirə bilər

Şahzadə Harri ABŞ-də yaşamaq hüququnu itirə bilər Şahzadə Harri “The Spare One” adlı memuarında narkotik istifadə etdiyini etiraf etdikdən sonra ABŞ-də yaşamaq icazəsini itirə bilər.
Hüquq eksperti və keçmiş federal prokuror Neama Rəhmaninin fikrincə, bu etiraf şahzadəni çətin vəziyyətə sala bilər.
“Narkotik qəbulu adətən vizadan imtina üçün əsasdır. Bu, o deməkdir ki, şahzadə Harri kokain və digər narkotik vasitələrdən istifadə etdiyini etiraf etdiyi üçün vizası rədd edilməli və ya ləğv edilməli idi”, - ekspert aydınlaşdırıb.
Rəhmani əlavə edib ki, qanun hamıya şamil edilir və vizanın ləğvi ilə bağlı qərar qəbul edilərsə, Harrinin “kral mənşəli” olması ona kömək etməyəcək.
Qeyd edək ki, Sasseks hersoqu xatirə kitabında anası şahzadə Diananın ölümündən sonra çox içdiyini və kokain də daxil olmaqla, zehni dumanlandıran bir sıra ağır maddələri sınadığını etiraf edib.

Tehsil-press.az



Oxşar xəbərlər