Kral ailəsində şahzadə qalmaqalı yaranıb

Kral ailəsində şahzadə qalmaqalı yaranıb Avropanın yeganə Kraliçası və qitədə ən uzun müddət monarx olan Danii Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib. SİA xəbər verir ki, səbəb kral ailəsinin kiçik oğlu şahzadə Yoahimin dörd övladının daha normal həyat sürməsinə icazə vermək istəməsi olub. Oxşar hərəkətlər Avropadakı digər kral ailələri tərəfindən də edilir. Bu, həm də monarxın ailəsinin ixtisarına imkan verir. 53 yaşlı şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.
Qeyd edək ki, kraliçanın 54 yaşlı vəliəhd şahzadə Frederikdən doğulan digər dörd nəvəsi titullarını qoruyacaqlar.

Tehsil-press.az





Oxşar xəbərlər