Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilində təşkil edilən yay semestri başa çatır.
Yay semestri dərslərində 975 bakalavr və 29 magistr iştirak edir. Yay semestri üzrə imtahanlar sentyabr ayının əvvəlində təşkil olunacaq.
BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil edilib.
Yay semestrində qeyd edilən tədris ilində tələbələrin fənlər üzrə akademik borclarının ləğv olunması və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınıb.
Tehsil-press.az