Azərbaycan Texniki Universitetində yaz semestri başlanıb

Azərbaycan Texniki Universitetində yaz semestri başlanıb Azərbaycan Texniki Universitetində (AzTU) 2021-2022-ci tədris ilinin yaz semestri başlanıb.
Universitetdə COVID-19 pandemiyası əleyhinə bütün tədbirlər görülüb. Auditoriyalar dezinfeksiya olunub. Universitetin daxilində hər kəs tibbi maskadan istifadə edir.
Yaz semestrində AzTU-da tədris bakalavriat səviyyəsində hibrid, magistratura səviyyəsində isə ənənəvi formada təşkil olunub. Bakalavriat səviyyəsində tələbə sayı 30-dan çox olan qruplarda (kiçik qruplar istisna olmaqla) mühazirələr onlayn keçirilir. Məşğələ və laboratoriya dərsləri isə ənənəvi formada təşkil olunur.

Tehsil-press.az


Oxşar xəbərlər