UNEC-də yay semestri keçiriləcək

UNEC-də yay semestri keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) (Zaqatala filialı daxil olmaqla) 2021/2022-ci tədris ili üzrə yay semestrinə (məktəbinə) qeydiyyat davam edir.
Yay semestri iyulun 20-dən avqustun 30-dək keçiriləcək.
Yay semestrində iştirak etmək və fənlər üzrə qeydiyyatdan keçmək üçün iyulun 15-dək fakültə tyutorlarına müraciət etmək lazımdır.
Yay məktəbi UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin Əlavə təhsil şöbəsi tərəfindən təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər