“Bu xəbər bizi dərindən kədərləndirdi”

“Bu xəbər bizi dərindən kədərləndirdi” Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib.
Bu barədə XİN-in “X” (tviter) hesabında paylaşım edilib.
“Tacikistanın bir sıra bölgələrində leysan və torpaq sürüşməsi nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı veririk. Qardaş Tacikistan hökuməti və xalqı ilə həmrəyik”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Tacikistanda leysan yağışları nəticəsində 13 nəfər həlak olub.

Tehsil-press.az


Oxşar xəbərlər