Tacikistan Respublikasının Təhsil Nazirliyi və müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) görüş keçirilib.
Görüşdə agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək hazırda görülən işlərdən danışıb.
Keyfiyyət departamentinin direktoru İlham Hümbətov isə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsi ilə bağlı TKTA-nın təcrübəsini paylaşıb.
Daha sonra ümumtəhsil müəssisələrində keyfiyyət monitorinqi barədə təqdimat edilib və bu sahədə görülən işlər və monitorinq mexanizmi barədə ətraflı məlumat verilib.
Tehsil-press.az