Bakı Slavyan Universitetinin (BSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təlimlərində iştirak edən əməkdaşları sertifikatlarla təltif olunublar.
Giriş nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev TKTA-nın müasir təhsil sistemində keyfiyyətin təmin olunması, yeni akkreditasiya qaydalarının müəyyən edilməsi prosesinin təşkilində xüsusi rolundan danışıb. Rektor keyfiyyətli təhsil prosesinin qorunması, yeni bacarıqların öyrənilməsi üçün yaradılan imkanlardan istifadənin vacibliyindən bəhs edib. O, BSU ilə TKTA arasında əməkdaşlığın davamlı olacağına inamını ifadə edib.
TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov qurumun fəaliyyət istiqamətləri, ali və orta təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirdiyi təlimlər haqqında məlumat verib. O qeyd edib ki, ötən il 35 ali və 4 orta ixtisas təhsil müəssisəsində keçirilən təlimlərdə 1000-dən çox universitet əməkdaşı iştirak edib.
Sonda BSU əməkdaşlarına TKTA-nın sertifikatları təqdim olunub.
Tehsil-press.az