Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib.
Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan yaradır. BDU bu prosesi uğurla həyata keçirib, Agentliyin təklif və tövsiyələrini nəzərə alıb.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, akkreditasiya prosesinin əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır.
Ü.Səttarova akkreditasiya prosesini uğurla tamamladığına görə BDU rektorunu təbrik edib, universitetin gələcək fəaliyyətində uğurlar arzulayıb. O, rektor Elçin Babayevə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il 8 iyun tarixli qərarı ilə BDU-nun 5 (beş) il müddətində akkreditasiya olunduğu ilə bağlı şəhadətnaməni təqdim edib.
Tehsil-press.az