Ukrayna Rusiya neftindən əldə olunan yanacağın G7 ölkələrinə tədarükünə qadağa qoyulmasını təklif edir

Ukrayna Rusiya neftindən əldə olunan yanacağın G7 ölkələrinə tədarükünə qadağa qoyulmasını təklif edir Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi müşaviri Oleq Ustenko Aİ, Böyük Britaniya və ABŞ-ı Rusiya neftindən əldə olunan yanacağın G7 ölkələrinə idxalını qadağan etməklə, Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb.
Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, ölkə oktyabr ayında beynəlxalq bazarlara neft tədarükü ilə bağlı könüllü öhdəliklərini uzada bilər. O, həmçinin əlavə edib ki, Rusiya avqust ayında öz öhdəliklərini tam yerinə yetirib.

Tehsil-press.az


Oxşar xəbərlər