NATO müttəfiqimiz Türkiyəyə təşəkkür edirik - ABŞ Dövlət Departamenti

NATO müttəfiqimiz Türkiyəyə təşəkkür edirik - ABŞ Dövlət Departamenti NATO müttəfiqimiz Türkiyəyə təşəkkür edirik.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Rusiyanın taxıl təşəbbüsünə son qoyma qərarı qida təhlükəsizliyi ilə mübarizə aparan cəmiyyətlərə zərər verir.
"Türkiyə və digər ölkələrin Rusiyanı razılaşmaya qaytarmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Taxıl təşəbbüsünün mümkün və funksional olması üçün böyük səylər göstərən Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyə ilə daim əlaqədəyik. Biz NATO müttəfiqimiz Türkiyəyə Qara dəniz taxıl dəhlizi sazişi kontekstində göstərdiyi diplomatik səylərinə görə təşəkkür edirik. Türkiyənin davam edən konstruktiv rolunu alqışlayırıq",- deyə ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib.
Qeyd edək ki, dünən Türkiyə xarici işlər naziri Hakan Fidanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvada ikitərəfli görüş baş tutub.
Səfər çərçivəsində regional və qlobal, xüsusilə də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və Qara dəniz taxıl dəhlizi sazişinə dair müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər