ADNSU-da 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib

ADNSU-da 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər.
Əvvəlcə İctimai Etimad Şurasının üzvləri ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş kompleksi ziyarət edib, sonra imtahan keçirilən auditoriyalarda olub, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə aparılması üçün yaradılan şəraitlə tanış olublar.
ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdəki yeniliklər və tədris strukturu barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verib. O, hazırda 18 ixtisasın beynəlxalq akkreditasiyadan keçdiyini qeyd edib.
Şura üzvləri universitetdə imtahanların keçirilməsi üçün yaradılan şəraiti və şəffaf tədris mühitini, imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.
Şura üzvləri ADNSU-da yaradılan açıq kitabxana və universitetin mətbəəsi ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər