Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın NATO-ya üzv olma ehtimalından danışıb.
“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - deyə o bildirib.
Qeyd edək ki, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanın Şimali Atlantika Alyansına qoşulmalı olduğunu bildirib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bildirib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır.
Tehsil-press.az