Ukraynaya daha 40 milyon avro veriləcək

Ukraynaya daha 40 milyon avro veriləcək Danimarkanın Baş naziri Mette Frederiksen Kiyevə işgüzar səfəri çərçivəsində Ukraynanın bərpası və humanitar yardım üçün əlavə 300 milyon kron (təxminən 40,2 milyon avro) ayıracağını vəd edib.
Nəşrin məlumatına görə, Frederiksen çərşənbə günü səhər qəfildən Kiyevdə peyda olub. Daha sonra o, Ukraynanın paytaxtında ABŞ dövlət katibi Entoni Blinkenlə görüş keçirib.
Blinken Danimarkanın Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etməyə öyrədən ölkələrin koalisiyasına rəhbərlik etdiyinə görə ona təşəkkür edib.

Tehsil-press.az





Oxşar xəbərlər