"Eurovision 2017" mahnı müsabiqəsinin keçirilməsinə Ukrayna dövlət büdcəsindən 15 milyon avro ayrılacaq. Bu barədə Tehsil-press.az Ukraynanın "Liga.net" saytına istinadən xəbər verir.
Ukraynanın Nazirlər Kabineti Televiziya və Radio üzrə Dövlət Komitəsinə və Maliyyə Nazirliyinə tapşırıb ki, 2017-ci il üçün dövlət büdcəsinin layihəsində "Eurovision 2017" mahnı müsabiqəsinin keçirilməsi ücün 15 milyon avrodan az olmayaraq məbləğ nəzərdə tutulsun.
Qeyd edək ki, bu ilki "Eurovision" müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib olub.
"Eurovision 2017"ni keçirmək üçün Ukraynanın şəhərləri arasında müsabiqə keçirilir. Odessa, Xerson, Kiyev, Dnepr, Lvov və digər şəhərlər müsabiqəni qəbul etməyə hazır olduqlarını bildiriblər. Qalib şəhər Ukrayna höküməti tərəfindən açıqlanacaq.
Tehsil-press.az