Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində təşkil edilən sərgidə Bakı Dövlət Universiteti (BDU) də təmsil olunur.
Sərgidə BDU-nun Sosial iş kafedrasının əməkdaşlarının dərslik və dərs vəsaitləri, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı doktorant Orxan Güləhmədovun eşitmə və görmə məhdudiyyətli insanlar üçün ixtira etdiyi texniki qurğu, eləcə də universitetin fəaliyyətini əks etdirən broşür və bukletlər nümayiş etdirilib. Eyni zamanda, sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, universitetin elmi-tədqiqat yönümlü və sosial layihələri haqqında ətraflı məlumat verilib.
Tehsil-press.az