Azərbaycanda “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası davam edir

Azərbaycanda “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası davam edir Bakıdakı Rus evi və “Bank VTB” (Azərbaycan) tərəfindən “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyasının həyata keçirilməsi davam etdirilir.
Yeni tədris ili ərəfəsində paytaxtın Xətai rayonunda yerləşən “Yeni Azərbaycan” partiyasının qərargahında 30 uşağa məktəbli çantası verilib.
Tədbirdə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Xətai Rayonu İcra Hakimiyyətinin başçısı Pənah İmanov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış ediblər.
Aksiya çərçivəsində konsert proqramı nümayiş olunub, burada Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov və “Günay” uşaq teatr-studiyasının şagirdləri iştirak ediblər.
“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi bu il birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqların dəstəklənməsinə və yaradıcı inkişafına yönəldilib. Bu təşəbbüs Azərbaycanın Rus İcması, Bakı və Azərbaycan Yeparxiyası, Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası, “Yaşlek” Tatar Gənclər Mərkəzi və “GİD CSR Consulting” xeyriyyə təşkilatının dəstəyi ilə Rus evi və “Bank VTB” (Azərbaycan) tərəfindən həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər