Nobel mükafatçısı: Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında birgə layihələr həyata keçirilir

Nobel mükafatçısı: Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında birgə layihələr həyata keçirilir Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında uzun illərdir ki, birgə layihələr həyata keçirilir.
Bunu Nobel sülh mükafatı almış azərbaycanlı alim Bəxtiyar Siracov deyib. Alim bildirib ki, bu layihələr elmimizə, iqtisadiyyatımıza, təbabətimizə və digər sahələrə fayda verə biləcək istiqamətləri ehtiva edir.
Qeyd edək ki, AEBA BMT ailəsində nüvə əməkdaşlığına yönəlmiş qlobal mərkəz kimi fəaliyyət göstərən müstəqil hökumətlərarası, elm və texnologiyaya əsaslanan təşkilatdır. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışıb, təşkilatın Təminatlar departamentinin Proqram təminatı yaradılması şöbəsinin rəhbəri işləyib.

Tehsil-press.az


Oxşar xəbərlər