Radiasiya Problemləri İnstitutunun əməkdaşına beynəlxalq sertifikat təqdim olunub

Radiasiya Problemləri İnstitutunun əməkdaşına beynəlxalq sertifikat təqdim olunub AMEA Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşı Çiçək Abbasova Fransanın Sakle şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyası (AEK) tərəfindən təşkil olunan “Radioaktiv izləyicilər və qamma skan edilməsi üzrə sertifikatlaşdırma” ilə bağlı təlim kursunda iştirak edib.
Tədbirin məqsədi iştirakçılara radioaktiv izləyicilərin metodologiyası (RTM/RTD) və möhürlənmiş mənbələr metodları – qamma skan texnikaları (SSM/SCT) üzrə sertifikat almaq üçün texnoloji qurğulara tətbiq olunan radioizləyici və qamma skan etmə üsulları üzrə əsas bilik və təcrübələri öyrətmək olub.
Təlim kursu nəzəri və praktiki hissədən ibarət olub. Nəzəri təlim həftəsində müzakirə olunan mövzulara sənayedə və çöküntülərin daşınması tədqiqatlarında istifadə olunan radioizləyici texnikasının və ətraf mühit tədqiqatları üçün istifadə olunan qamma skan texnikasının prinsipləri və qısa icmalı daxil idi.
Təlimin ikinci həftəsi radioaktiv izləyicilər metodu və qamma skan etmə texnikasının (SSM/CST) öyrənilməsinə dair laboratoriya şəraitində təcrübələrin aparılmasına həsr olunub.
Sonda imtahan keçirilib və uğur qazanan iştirakçıya Level 2 səlahiyyət sertifikatı verilib.

Tehsil-press.az


Oxşar xəbərlər