“Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq”

“Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq” “Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər