ADPU-nun tələbəsi bir çox beynəlxalq turnirlərin qalibidir

ADPU-nun tələbəsi bir çox beynəlxalq turnirlərin qalibidir Beynəlxalq turnirlərin qalibi olan Əyyub Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsidir.
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə II tədris ilinin tələbəsi Əyyub Əliyev peşəkar idman karyerasında tamblinq gimnastikası və yunan-Roma güləşi ilə məşğul olur. 18 yaşlı idmançı gimnastika üzrə ölkə çempionatlarının mükafatçısı və qalibi, o cümlədən müxtəlif turnirlərin qalibidir. Əyyub 2019-cu ildə İranın Qum şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə dünya kubokunun qalibi, həmçinin 2022-ci ildə Türkiyənin Rize şəhərində keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirin qalibi, Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirin isə bürünc mükafatçısı olub. O, bu turnirdə III yer uğrunda görüşdə erməni rəqibini məğlub edib. Əyyub bu gün də dərsləri ilə yanaşı, peşəkar idman fəaliyyətini də davam etdirir. O, ADPU-nun idman komandalarının tərkibində müxtəlif yarış və tədbirlərdə fəal iştirak edir.

Tehsil-press.az



Oxşar xəbərlər