Səkkiz yaşlı gimnastımızın növbəti medal sevinci

Səkkiz yaşlı gimnastımızın növbəti medal sevinci Mina Abbasova beynəlxalq turnirin qalibi olub
Budapeştdə XVII ənənəvi “Gracia” kuboku uğrunda yarışlar başa çatıb. Macarıstan, ABŞ, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya Respublikası və Braziliyanın milli yığmaları bu kubok uğrunda mübarizəyə qatılıblar. Sevindirici haldır ki, əvvəlki turnirlərdə Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz Mina Abbasova bu mötəbər yarışda Azərbaycanı təmsil edib. O,çoxnövçülük yarışlarında öz rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan komandasına qızıl medal qazandırıb. Növbəti 2-ci və 3-cü yerlərə ukraynalı və rusiyalı gimnastlar sahib olublar.
Qeyd edək ki, Mina Abbasova 2010-cu ildə Bakıda anadan olub. O, beş yaşından idmanın gimnastika növü ilə məşğul olur.Hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Budapeştdə yaşayır. Səkkiz yaşlı idmançı iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə yadda qalıb. Bu qələbəsi isə tək onun öz idman karyerasında deyil, Azərbaycanın idman tarixində də qızıl hərflərlə yazıldı.

Sifai SƏFƏROVA

Oxşar xəbərlər