Ötən tədris ilində AzMİU-da 72 elmi seminar keçirilib

Ötən tədris ilində AzMİU-da 72 elmi seminar keçirilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) elmi tədqiqat sahəsində müsbət beynəlxalq təcrübədən səmərəli istifadənin artırılması istiqamətində müvafiq işlər həyata keçirir. Alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması üçün müxtəlif mükafatlandırma mexanizmləri tətbiq olunur.
Bu istiqamətdə intensiv fəaliyyətlərin bir yönü də elmi seminarların keçirilməsidir. 2022/2023-cü tədris ilində AzMİU-nun kafedralarında 72 elmi seminar keçirilib. Seminarlar universitetin elmi potensialının gücləndirilməsi, tədqiqatyönümlü universitetin formalaşdırılması, alimlərin öz elmi mövzularını müasir problemlərlə uzlaşdırması məqsədilə bu tədris ilində də davam etdiriləcək.

Tehsil-press.az




Oxşar xəbərlər