Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşəbbüsü ilə elmi işlərin antiplagiat proqramı vasitəsilə yoxlanılması metodologiyası üzrə növbəti maarifləndirici seminar təşkil olunub.
Plagiat.pl şirkətinin biznesin inkişafı üzrə meneceri Aygül Səmədova tərəfindən aparılan təlimdə universitet üzrə sistem administratoru və operatorlar iştirak ediblər.
Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva çıxış edərək universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə AzMİU və Plagiat.pl şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs edib.
Daha sonra təlimçi iştirakçıları StrikePlagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə məlumatlandırıb. A.Səmədova təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri və interfeysin daha rahat və intuitiv olması ətrafında geniş təqdimatla çıxış edib. O, elmi işlərdə plagiatın aşkar olunmasında sistemlə yanaşı, ekspertlərin rəyinin də mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

AzMİU-nun Mətbuat Xidməti