Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın cari tədris ilində son iclası keçirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova gündəlikdəki məsələlər haqqında məlumat verib. Tədris işləri üzrə prorektor professor Akif Qasımov 2021-2022-ci tədris ilinin yekunları barədə geniş məruzə ilə çıxış edib. O, tədris prosesi, payız və yaz semestri imtahanlarının təşkili, fakültə və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Əldə edilmiş uğurlar, tədris prosesində yeniliklər barədə məlumat verən prorektor yaranan çatışmazlıqlar və nöqsanlardan da danışıb, irad və təkliflərini bildirib. Məruzədən sonra Elmi şura üzvlərinin, tədris üzrə müvafiq struktur rəhbərlərinin hesabatla bağlı fikirləri dinlənilib, qərarlar qəbul edilib.
Universitetin elmi katibi Nigar Aslanova gündəliyə uyğun olaraq “2021-2022-ci tədris ilində Elmi şuranın qərarlarının yerinə yetirilməsi” barədə hesabat təqdim edib. Hesabatda Elmi şurada qəbul edilmiş qərarların icrası ilə bağlı aparılmış monitorinqin nəticələri təqdim edilib, görülən işlər, şuranın qərarlarına laqeyd yanaşan fakültə, kafedra, şöbə və mərkəzlər barədə açıqlama əksini tapıb.
İclasın gündəliyindəki məsələlər şura üzvləri ilə müzakirə edilib, qərarlar qəbul olunub. Rektor müzakirə olunan məsələlərə münasibət bildirib. Cari tədris ilində universitetin qazandığı uğurlardan danışıb, AzMİU-nun ilbəil genişlənən beynəlxalq əlaqələri, yeni ikili diplom müqavilələri, tələbə qəbulunu artırmaq üçün aparılan islahatlar barədə məlumat verib, təhsilin və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlərə toxunub. O, iclasda səslənən bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, müvafiq tapşırıqlar verib.
Elmi şuranın iclasında bir sıra cari məsələlər də müzakirə edilib.
Tehsil-press.az