Keçən il 35 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələrində yaşayış hüququ alıb. Bu da 2021-ci ilin göstəricisindən 14 min nəfər çoxdur.
Gürcüstan vətəndaşlarına ən çox yaşamaq hüququ verən Polşa olub (15 569). İkinci yerdə İtaliya (8 698), üçüncü yerdə isə Almaniya gəlir (2813).
Gürcüstan vətəndaşlarına ən az yaşayış hüququ verən ölkələr sırasında Lüksemburq (1nəfər), Rumıniya (3), Kipr və Sloveniyadır.
İqtisadçı ekspertlərin fikrincə, Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə getməsi və orada yaşayış hüququ alması ilk baxışda adi və zərərsiz görünsə də, əslində bu, çox təhlükəlidir. Gürcüstan vətəndaşlarının xarici ölkələrə üz tutması tendensiyası ilbəil artır. Göstərilən rəqəmlər yalnız yaşayış hüququ alanları göstərir. Qeyri-qanuni gedənlər və yaşayış hüququ ala bilməyənlərin sayı isə bir neçə dəfə artıqdır. Bu axın həm işçi qüvvəsinin azalmasına, həm də əhali artımına mənfi təsir göstərəcək.
Tehsil-press.az