Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova 27 Sentyabr - Anım Günü ilə əlaqədar paytaxtın bir sıra ümumi təhsil müəssisələrində olub, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər.
Görüş iştirakçıları öncə təhsil müəssisələrində şəhidlərin xatirəsinə yaradılmış guşələri ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Paytaxtdakı 226 nömrəli tam orta məktəbdə şəhid anası, təhsil müəssisəsinin direktoru Arzu Məmmədova ilə görüşən M.Vəliyeva 27 sentyabrın Azərbaycanın müasir tarixindəki rolundan danışıb. Bildirib ki, bu tarix nəinki 30 illik işğala son qoyulduğu, eyni zamanda, ermənilərin xalqımıza qarşı tarixi düşmənçilik siyasətinə layiqli cavabın verildiyi gündür. M.Vəliyeva torpaqlarımızın bütövlüyü uğrunda şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğullarının Vətən borcunu verməyə necə hazır olduqlarını 44 gün ərzində nümayiş etdirdiyini söyləyib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycan oğullarının şücaətinə şahidlik etməklə bərabər, həm də “Vətən sağ olsun!” deyərək başını dik tutan neçə-neçə mətanətli şəhid valideyni gördük. İdarə müdiri qəhrəman övlad böyütdüyünə görə Arzu Məmmədovaya təşəkkürünü bildirib, övladı şəhid Əlihüseyn Məmmədovun timsalında bütün şəhidlərin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib.
Daha sonra pedaqoji kollektivin bir qrupu və şagirdlərlə görüşən idarə müdiri müasir dünyada rəqabətədavamlı gəncliyin yetişdirilməsi işinin təhsil müəssisələrinin üzərinə düşən əsas missiya olduğunu diqqətə çatdırıb, iştirakçılarla fikir mübadiləsi aparıb.
BŞTİ müdiri, həmçinin 167 nömrəli tam orta məktəbin şəhid məzunu Taleh Yusifovun anası, həmin məktəbin müəllimi Süsən Yusifova ilə görüşüb. M.Vəliyeva xalqımızın Qarabağda tarix yazan Vətən oğullarına olan vəfa borcunun, ehtiramının ifadəsinin yalnız 27 sentyabrda deyil, hər gün, hər an təzahür etdiyini vurğulayıb. Bildirib ki, 30 il düşmənin viranəyə çevirdiyi yurd yerlərimizdə bu gün yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşaya qədər uzanan möhtəşəm Zəfər yolu Taleh kimi minlərlə şəhidimizin əsəridir. İdarə müdiri qalibiyyət tariximizin unudulmaz qəhrəmanlarının gənc nəslə tanıdılması işində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söz açıb.
Qeyd edək ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar BŞTİ müdiri M.Vəliyeva paytaxt məktəblərinin kollektivlərinə məktub ünvanlayıb. Məktubda bildirilir ki, müəllimlərimizin yetişdirdiyi paytaxt məktəblərinin neçə-neçə məzunu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirib. Müharibədə iştirak edən Bakı məktəblərinin 40-dan çox müəllimi yetirmələri olan şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə öz imzasını atıb. Sinif otaqlarında keçdikləri vətənpərvərlik dərsinin əməli nümunəsini soyuq səngərlərdə düşmənlə savaşaraq göstəriblər. İdarə müdiri zəfərin davamını bu gün sinif otaqlarında savadlı, Qarabağın çiçəklənməsinə öz töhfələrini verəcək bacarıqlı gənclər yetişdirməklə yazan qazi müəllimlərə müqəddəs işlərində uğurlar arzulayıb.
Tehsil-press.az