Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) irlandiyalı tarixçi alim Patrik Uolş ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycanın qədim dövrdən müasir zamana qədər olan tarixindən, birinci Qarabağ müharibəsi və Vətən müharibəsində xalqımızın igid oğullarının qəhrəmanlıqlarından, qazandığımız şanlı Qələbədən söz açıb. Vurğulayıb ki, 44 günlük müharibədə Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də qələbə qazanıb.
Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdıran BŞTİ-nin müdiri Mehriban Vəliyeva belə görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb.
Patrik Uolş Azərbaycanın tarixinə, mədəniyyətinə olan sevgisini ifadə edib. Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman oğullarının igidliyindən heyrətlə danışan alim bununla bağlı “Qarabağın işğalından azadlığına gedən 44 günlük yol” adlı kitab hazırladığını söyləyib. Bildirib ki, müxtəlif arxivlərdən, dövrü mətbuatdan əldə etdiyi məlumatlar əsasında hazırlanan bu kitabda həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən müharibəsindən bəhs edilir.
Görüşdə, həmçinin iki ölkə arasında təhsil sahəsində görülmüş işlər və ümumi təhsil üzrə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tehsil-press.az